DİQQƏT: Bu sahibkarlar 6 min manat cərimələnəcəkbackend

DİQQƏT: Bu sahibkarlar 6 min manat cərimələnəcək

Azərbaycanda qızıl alışı zamanı bir çox hallarda alıcılara nə qəbz təqdim olunur, nə də çek verilir. Halbuki, qanunvericiliyə əsasən, satıcı həyata keçirilən satış əməliyyatına görə müştəriyə mütləq şəkildə qəbz təqdim etməlidir. Maraqlıdır, bəs qızıl satışı zamanı niyə çek verilmir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, alıcıların qəbz tələb etmək hüququ var və satıcı həmin qəbzi təqdim etməyə borcludur:

Əməkhaqqının artırılması özəl sektoru da təşviq edir” - Xalid Kərimli

“Əksər hallarda qəbzin təqdim olunmaması vergidən yayınmaq məqsədi daşıyır. Amma müştəri tələb etsə də, etməsə də, satıcının borcudur ki, ödənişi alarkən qəbzi təqdim etsin. Qanunvericiliyə əsasən, nəzarət-kassa aparatından istifadə etmədən satış həyata keçirilməsi və ya qəbzin təqdim olunmaması hallarında sahibkarlar cərimələnə bilər”.

Qeyd edək ki, bu hal ilk dəfə aşkarlanarsa 1000 manat, ikinci dəfə 3000 manat, üç və daha çox təkrarlandığı halda isə 6000 manat məbləğində cərimə tətbiq olunur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*