Bakıda marşrut avtobuslarında gedişhaqqını bank kartları ilə ödəmək imkanı ilin sonunadək tam tətbiq olunacaq. Sərnişinlərin balansında kifayət qədər vəsait olmasa belə, bir dəfəlik keçid imkanı veriləcək.
Nəqliyyat eksperti Eldəniz Cəfərov KONKRET.az-a açıqlamasında bildirib ki, bu təcrübə artıq Gəncə şəhərində uğurla tətbiq olunur:

“Kartda balansda vəsait olmadıqda daşıyıcı şirkətlər sərnişinə bir dəfəlik keçid imkanı verirlər. Bu, çox əlverişlidir və gələcəkdə həmin məbləğ kartdan çıxılacaq. Düşünmürəm ki, bu sui-istifadə halları yaratsın, çünki gedişhaqqı yüksək deyil və bir dəfəlik keçid problemi doğurmayacaq. Əksinə, sərnişin üçün daha rahat olacaq”.
Ekspert vurğulayıb ki, bu imkan yalnız bir dəfəlik keçid üçündür və davamlı olaraq təkrarlana bilməz.
Aynurə İsmayıl
KONKRET.az
