Sumqayıtla Abşeronu birləşdirən Saray körpüsü sabah sürücülərin istifadəsinə veriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, üç aşırımdan ibarət olan yeni körpünün uzunluğu 104 metr, ümumi eni isə 21,6 metr təşkil edir.
Körpüdə tikinti işləri tam yekunlaşıb. Dörd hərəkət zolaqlı olmaqla inşa edilən körpünün hər iki tərəfində piyadaların rahat hərəkəti üçün 2 metr enində səkilər də nəzərdə tutulub. Yol asvaltlanıb, xəttlər çəkilib.
Sabah saat 11:00-dan sürücülər Saray körpüsündən tam istifadə edə biləcək.//Den.az