Dmitri Kiselyov: “Paşinyan ordu qurmaq əvəzinə Şuşada rəqs etdi…”backend

Dmitri Kiselyov: “Paşinyan ordu qurmaq əvəzinə Şuşada rəqs etdi...”

“Paşinyan 2,6 il əvvəl “rəngli inqilab”ın texnologiyalarından istifadə edib hakimiyyətə gələndə “Qarabağ Ermənistandır və nöqtə” deyərək Azərbaycanla danışıqlardan imtina etdi. Paşinyan danışıqlar əvəzinə Şuşada rəqs etməyə getdi. Bu təkəbbür Ermənistanı və Dağlıq Qarabağı aldatdı”.

KONKRET.az  xəbər verir ki, bunu jurnalist Dmitri Kiselyov “Rusiya 1” telekanalında yayımlanan “Vesti nedeli” verilişində deyib.

Onun sözlərinə görə, Paşinyan vəziyyəti düzgün qiymətləndirmək, hərbi quruculuğu davam etdirmək əvəzinə axmaqcasına müharibənin başlanması əmrini verdi. Bu azmış kimi, müharibənin ilk günündən xalqını aldatdı.

“Nəticə nə oldu? Ermənistan ordusu tamamilə məğlub oldu. Gərək hər şeyi öz adıyla çağırasan. Rusiya olmasaydı, Paşinyanın və Ermənistanın taleyi necə olacaqdı?”, – deyə Kiselyov bildirib.

O, daha sonra əlavə edib ki, Ermənistan üçün indi çətin anlar başlayıb. Psixoloqların dili ilə desək: inkar və qəzəb anı. Ermənilər reallıqları inkar edir. Eyni zamanda, istər ölkə daxilindən, istərsə də xaricdən gözlənilən dəstəyin olmamasına, həmçinin Azərbaycanla çətin danışıqlara görə qəzəblənirlər.

Azərbaycana gəlincə, Kiselyov qeyd edib ki, ölkə böyük qələbəsini coşqu ilə  qeyd edir. “Azərbaycan Ordusu 1990-cı illərdəki hərbi məğlubiyyətinin kompleksini dəf etdi. Və hər zamankından daha güclüdür. Bütün bunlar isə İlham Əliyev müdrikliyinin nəticəsidir”, – deyə jurnalist fikrini tamamlayıb.


KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*