Rusiya prezidenti Vladimir Putinin Almaniya kansleri Olaf Şolts və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşünə dair yayılan xəbərlər həqiqəti əks etdirmir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Daha əvvəl Bundestaqın deputatı Roderich Kieseveter həmin görüşlərin hazırlanması ilə bağlı açıqlamalar vermişdi. O, Soltsun fevralın 23-dək Moskvaya səfər edə biləcəyini və Trampla Putinin görüşünün mart ayına planlaşdırıldığını bildirmişdi.
Vəli Həsənoğlu,
KONKRET.az