Azərbaycanda fəaliyyət göstərən “Terralink” MMC (VÖEN: 1008219801) və “İNDİTAL.AZ” MMC (VÖEN: 1307068401) ləğv olunduğunu elan edib.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini müvafiq olaraq Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 75, mənzil 804 və Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 556/57, ev 5, mənzil 3 ünvanlarına bildirməlidirlər.
Qeyd edək ki, “Terralink” MMC 2023-cü ildən fəaliyyətə başlayıb və nizamnamə kapitalı 10 manat təşkil edir. Digər şirkət “İNDİTAL.AZ” MMC isə 2018-ci ildə təsis edilib.
