“Dnestryanı bölgədəki vəziyyətdən narahatıq” – Peskov “Mayak” ərazisindəki partlayışdan DANIŞDIbackend

“Dnestryanı bölgədəki vəziyyətdən narahatıq” – Peskov "Mayak" ərazisindəki partlayışdan DANIŞDI

“Dnestryanı bölgədəki vəziyyət narahatlıq doğurur, Kreml bölgədəki prosesləri diqqətlə izləyir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib. O bildirib ki, son hadisələr Rusiya hakimiyyətini narahat edir:

“Biz orada vəziyyətin necə inkişaf etdiyini diqqətlə izləyirik. Şübhəsiz ki, oradan gələn xəbərlər narahatlıq doğurur” – Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Peskovun sözlərinə görə, Vladimir Putinin Moldova prezidenti Maya Sandu ilə təmas planı yoxdur. Dnestryanıda baş verənlərin arxasında kim dayana bilər sualına isə  Kreml rəsmisi cavab verməyib.

Xatırladaq ki, bu gün Dnestryanı bölgənin Qriqoriopol rayonunda yerləşən “Mayak” radio-televiziya mərkəzinin ərazisində iki partlayış baş verib. Nəticədə Rusiya radiosunun ötürücü antenaları zədələnib.

Partlayışlar yerli vaxtla 6:40 və 7:05-də qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları radio-televiziya mərkəzinin ərazisini mühasirəyə alıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*