Nazirlər Kabineti “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarla təsdiqlənmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “56. Hüquq elmləri” bölməsinə yeni ixtisaslar əlavə olunub.
Dəyişikliyə əsasən, doktorantura səviyyəsində aşağıdakı yeni hüquq ixtisasları yaradılıb:
Ədalət mühakiməsi hüququ;
Hava hüququ və hava məkanının təhlükəsizliyi;
Mədəniyyət hüququ.
Qərar 30 iyul 2026-cı il tarixində imzalanıb və hüquq elmləri üzrə doktorantura ixtisaslarının əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.
