Dollarla bağlı VACİB AÇIQLAMA: Avro ABŞ valyutasını MƏHV EDƏCƏK?backend

Dollarla bağlı VACİB AÇIQLAMA: Avro ABŞ valyutasını MƏHV EDƏCƏK?

“Azərbaycan üçün avro ehtiyatlarının artırılması iqtisadi müstəqillik və risklərin şaxələndirilməsi baxımından vacibdir. Amma bu, dolların yaxın perspektivdə əsas valyuta statusunu itirəcəyi anlamına gəlmir. Azərbaycan iqtisadiyyatı neft-qaz ixracına bağlı olduğu üçün gəlirlərin böyük hissəsi hələ də dollarla formalaşır və dövlət büdcəsi, Dövlət Neft Fondu, eləcə də xarici borc öhdəlikləri dollar əsaslıdır. Bu reallıq dolların maliyyə sistemində dominant mövqeyini qoruyur”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasın da səsləndirib.

“Avro ehtiyatlarının artırılması isə daha çox strateji balans rolunu oynaya bilər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qaz ixracının artması fonunda avro ilə hesablaşmaların payı yüksələr və bu, valyuta risklərini azaltmağa kömək edər. Eyni zamanda, dollar üzərindən mümkün sanksiya, maliyyə və geosiyasi risklərə qarşı avro alternativ kimi önə çıxır”.

A.Nəsirli qeyd edir ki, qlobal miqyasda baxdıqda, avronun dolları tam sıradan çıxarması real görünmür.

“ABŞ dolları hələ də dünyanın əsas ehtiyat valyutasıdır, beynəlxalq ticarətin, maliyyə bazarlarının və xammal qiymətlərinin əsas hesablaşma vasitəsidir. Avro isə güclü regional valyuta olaraq qalır və payını artıra bilər, amma dolların yerini tam tutması üçün nə Aİ-nin fiskal birliyi, nə də qlobal maliyyə infrastrukturu bu mərhələdə kifayət qədər hazırdır. Yəni Azərbaycan üçün ən rasional yanaşma dolları əsas valyuta kimi saxlamaqla yanaşı, avro ehtiyatlarını tədricən artırmaq, səbəti şaxələndirmək və iqtisadi manevr imkanlarını genişləndirməkdir. Bu, nə dolları inkar etməkdir, nə də avroya həddindən artıq bel bağlamaq, daha çox praqmatik tarazlıq siyasətidir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*