Bakı-Moskva təyyarəsi Domodedovo hava limanına yola düşdü – YENİLƏNİBbackend

Bakı-Moskva təyyarəsi Domodedovo hava limanına yola düşdü - YENİLƏNİB

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Moskva (Domodedovo hava limanı) marşrutu üzrə J2 181 reysini yerinə yetirən təyyarəsi hava limanının bağlı olması ilə əlaqədar Şeremetyevo aeroportuna enib.

Bu barədə KONKRET.aza “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 12:15-də Şeremetyevo hava limanına uğurla eniş edib.

Domodedovo aeroportunun bağlanmasına təhlükəsizlik tədbirləri səbəb olub.

***

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti yeni məlumat yayıb.

Bildirilib ki, “Domodedovo” hava limanının müvəqqəti bağlanması ilə əlaqədar Şeremetyevoda enən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Domodedovo aeroportuna yola düşüb və Bakı vaxtı ilə saat 16:13-də orada eniş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*