Donald Tramp mühakimə oluna bilərbackend

Donald Tramp mühakimə oluna bilər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn həftənin əvvəlində “Trump Organization” şirkətinə aid maliyyə sənədlərini saxtalaşdırmaqda ittiham olunaraq məhkəmə qarşısına çıxa bilər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə siyasətçinin vəkili Co Takopina bildirib.

Onun sözlərinə görə, Tramp çox güman ki, gələn həftənin əvvəlində məhkəmə qarşısına çıxacaq.

Məlumata görə, Nyu-York prokurorları adətən təqsirləndirilən şəxslər mühakimə olunana qədər ittiham aktını dərc etmirlər.

Qeyd edək ki, Tramp cinayət əməlində ittiham olunan ilk keçmiş Amerika lideridir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*