Donbasda son 7 ildə görünməmiş durum – Vışinskibackend

Donbasda son 7 ildə görünməmiş durum - Vışinski

Donbasda dinc əhalinin təxliyəsi barədə elan son 7 ildə görünməmiş tədbirdir və bu, vəziyyətin gərgin olduğunu göstərir.

KONKRET.az xəbər verir ki, bunu “RİA Novosti” portalının Ukrayna bölməsinin rəhbəri Kirill Vışinski deyib.

“Donbas rəhbərliyinin (separatçı dəstə – red.) evakuasiya elan etməsi həyəcanvericidir və məni narahat edir, çünki bu, tamamilə görünməmiş bir tədbirdir. Yeddi ildən artıq bir müddət ərzində bu, ilk genişmiqyaslı evakuasiyadır ki, bu da vəziyyətin çox gərgin olduğunu göstərir. Buna nə səbəb oldu, hələ başa düşmürük, çünki məlumat çox azdır”, – Vışinski vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*