Donetskdə raket zərbələri zamanı 43 nəfər öldü – VİDEObackend

Donetskdə raket zərbələri zamanı 43 nəfər öldü - VİDEO

Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Çasovoy Yar şəhərindəki çoxmərtəbəli binaya raket zərbələri nəticəsində ölənlərin sayı 43-ə çatıb.

KONKRET.az “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Donetsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb:

“Saat 18:00-a olan məlumata görə, Baş İdarənin əməkdaşları beşmərtəbəli yaşayış binasının dağıntıları altından biri uşaq (təxminən 9 yaşlı oğlan) olmaqla 43 nəfərin meyitini çıxarıblar”.

Həmçinin məlumatda qeyd edilir ki, dağıntılar altından 9 nəfər xilas edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*