Dopinqdən istifadə edən iraqlı idmançı Olimpiadadan kənarlaşdırıldıbackend

Dopinqdən istifadə edən iraqlı idmançı Olimpiadadan kənarlaşdırıldı

İraqlı cüdoçu Sadjad Qanim Sehen Paris olimpiadasından müvəqqəti olaraq kənarlaşdırılıb.

KONKRET.az Beynəlxalq Test Agentliyinin (ITA) mətbuat xidmətinə istinadla xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

İyulun 23-də cüdoçudan götürülən dopinq testinin nəticəsi müsbət olub. O, Paris-2024-də yarışa bilməyəcək və bununla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.

İdmançı, həmçinin B nümunəsinin nəticələrini də tələb etmək hüququna malikdir.

Qeyd edək ki, açılış mərasimi bu gün reallaşacaq Paris Olimpiadası avqustun 11-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*