ABŞ-da doğulub boya-başa çatan və işləyən amerikalı həkim Siyavaş Sobhani Dövlət Departamentindən səhvən ABŞ vətəndaşlığını aldığı barədə bildiriş alıb.
KONKRET.az xəbər verir ki, bu barədə Washington Post məlumat yayıb.
“Mən Şimali Virciniya xalqına xidmət etdim. COVID zamanı işləyir, özümü və ailəmi riskə atırdım. İndi məlum olur ki, sən demə, mən ABŞ vətəndaşı deyilmişəm”, – deyə həkim bu münasibət onda şok effekti yaradıb.
Dövlət Departamenti qərarını əsaslandıraraq bildirib ki, Sobhani ABŞ-da doğulsa da, İran diplomatının övladıdır və bu, ona Amerika pasportu almaq hüququ vermir. Alternativ olaraq, həkimə ABŞ-da daimi yaşayış üçün müraciət etmək tövsiyə olunur.
ABŞ sakinlərinin yarısı hesab edir ki, Amerika hökumətinin siyasi və iqtisadi tədbirləri adi Amerika vətəndaşlarına qarşı işləyir. Bu fikri insanlar Wall Street Journal-ın NORC tədqiqat mərkəzi ilə birgə keçirdiyi sorğu nəticəsində bildiriblər.
Sorğu göstərib ki, respondentlərin 50%-i oxşar fikir bildirib, yalnız 39%-i bunu dəstəkləməyib. Qeyd olunur ki, əhali arasında sorğu oktyabrın 19-dan 24-dək aparılıb.
Natiq Səlim,
KONKRET.az
