Dövlət Dumasının deputatı Tamara Pletnyova: “Solovyov Azərbaycanı təhqir etdi. Ölçü götürün!”backend

Dövlət Dumasının deputatı Tamara Pletnyova: "Solovyov Azərbaycanı təhqir etdi. Ölçü götürün!"

“Solovyovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı movqeyində təxribatçı və nifrət var. Buna görə də o, cəzalandırılmalıdır”. Bunlar Dövlət Dumasının deputatı Tamara Pletnevanın VGTRK-nın baş direktoru Oleq Dobrodeyevə müraciətində deyilir.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı jurnalis Anton Kulikov məlumat yayıb. Pletnyovanın fikrincə “Solovyov “obyektivlik və siyasi dürüstlük prinsipinə əməl etmək əvəzinə, Dağlıq Qarabağda döyüşən tərəflərdən birini davamlı şəkildə müdafiə edib. Solovyov və onun dəvət etdiyi qonaqları Azərbaycan və Türkiyə haqqında xoşagəlməz ifadələr işlədərək yalnız erməni tərəfini müdafiə ediblər. “Rusiyada 33 milyon müsəlman yaşayır. Bundan əlavə, Rusiya əhalisinin təxminən 10 faizi (16 milyon) türkdilli xalqlardır. Ona görə də Solovyovun çıxışları dini ayrıseçkilik və milli ədavət toxumu səpir”.

Müraciətdə daha sonra deyilir ki, “teleaparıcı Solovyov və onun efirə dəvət etdiyi siyasətçilər və ictimai fəalların son bir ay ərzində Azərbaycana qarşı bu cür qəti hücumları televiziya izləyicilərinin əhəmiyyətli bir hissəsi üçün yolverilməz və təhqiramizdir. Bu cür yanaşma vətəndaşların müəyyən hissəsi tərəfindən Rusiya hökumətinin rəsmi mövqeyi kimi qiymətləndirilə bilər və ölkədəki millətlərarası və konfessional harmoniyanı pozar”.

Pletnyova müraciətini bu sözlərlə bitirib: “Vəziyyət tolerant və qərəzsiz yanaşmalar tələb edir. Bir tərəfə siyasi meyllilik həm Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin, həm də bütün çoxmillətli ölkənin nüfuzuna ciddi xələl gətirə bilər. Həm Vladimir Solovyovun televiziya proqramlarının, həm də qaldırdığı mövzunun təhlükəliyini nəzərə alaraq VGTRK-nın rəhbəri olaraq televiziya aparıcınızın Dağlıq Qarabağ münaqişəsi və  Rusiya milli maraqları ilə bağlı mövqeyini qiymətləndirməyinizi Sizdən xahiş edirəm”.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*