“Dövlət tərəfindən lazım tədbirlər görülür və vəziyyət nəzarətdədir” – AÇIQLAMAbackend

“Dövlət tərəfindən lazım tədbirlər görülür və vəziyyət nəzarətdədir" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi noyabrın 15-də Azərbaycanda koronavirusa yoluxanların sayı rekord həddə çatıb. Belə ki, 2259 nəfər koronavirusa yoluxub,  21-i isə dünyasını dəyişib.

Bununla bağlı KONKRET.az-a danışan professor Adil Qeybulla bildirib ki, bu gün dünyada koronavirusa yoluxmanın pik dövrü yaşanır. İkinci mərhələnin pik dövrü yaşanılır. Müşahidə onu göstərir ki, virusun xəstəlik törətmə qabiliyyəti aşağı düşüb. Amma yoluxma qabiliyyəti yüksək olaraq qalır. Bu virusa yoluxanların sayı çoxdur. Azərbaycanın rayonlarında çoxsaylı yoluxmalar var. Yoluxanların çoxu da qeydiyyatdan keçmir, həkimə müraciət etmir. Mən doğulduğum rayonda, əksər kəndlərdə xeyli xəstələr var. Onlar yüksək qızdırma ilə ailəvi şəkildə evdə yatırlar”.

Adil Qeybulla vurğulayıb ki, kollektiv immunitet formalaşmasına doğru gedir: “Güman edirəm ki, payızın sonu, qışa doğru gedən ərəfədə biz koronavirusla vidalaşacağıq. Sadəcə yoluxmanın pik dövrü yaşanır. İnsanlarımız özlərini gözləmədi. Bu faktorun da rolu oldu. Bütün dünyada bu artım tendensiyası var. Mümkün qədər karantin qaydalarına əməl etməyə çalışmalıyıq. Qapalı məkanlarda bir-birimizi qorumalıyıq. Təkcə koronavirus deyil, soyuqdəymə xəstəlikləri də geniş vüsət alıb. Xəstələrin sayı artdıqca, xəstəxanalarda yer çatışmazlığı da yarana bilər. Yəqin ki, bir müddətdən sonra eniş müşahidə olunacaq. Dövlət tərəfindən lazım tədbirlər görülür və vəziyyət nəzarətdədir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*