Dövlət xəstəxanasında koronavirus testinə görə 50 manat tələb olunur? – RƏSMİ AÇIQLAMAbackend

Dövlət xəstəxanasında koronavirus testinə görə 50 manat tələb olunur? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda analiz üçün ödəniş tələb edilməsi barədə məlumat yayılıb.

KONKRET.az -ın məlumatına görə, iddia edilir ki, sözügedən səhiyyə ocağında müxtəlif müayinələr üçün fərqli məbləğlər tələb olunur. Misal üçün, koronavirus (COVID-19) testinin aparılması 50 manata başa gəlir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva oxu.az-a açıqlamasında bildirib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda laborator xidmətlər ödənişli əsaslarla göstərilmir:

“Orada koronavirus testləri aparılmır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*