“Dövlətin sizə verdiyi imkanlardan niyə bu qədər acgözlüklə istifadə etdiniz?” – Mənim kimi gənclərin günahı nə idi?backend

"Dövlətin sizə verdiyi imkanlardan niyə bu qədər acgözlüklə istifadə etdiniz?" - Mənim kimi gənclərin günahı nə idi?

Nicat Həşimzadə,
yazıçı

Azərbaycanın yeni mühacirət tarixi

Sizcə, bu adamları nə birləşdirir? Atalar və oğullar. Hansı oxşarlıqlar var?

Bu üç ata vəzifədən çıxarılıb. Bu üç atanın övladları indi Amerikadadırlar. Bu üç ata vəzifədə olanda deyirdilər ki, ABŞ-ın müəyyən dairələri Azərbaycan müxalifətinə pul göndərib höküməti söydürürlər. Eldar müəllim, Əli müəllim, Ziya müəllim, əgər Amerika bu qədər pisdirsə, niyə övladlarınız Amerikadadır?

Mən Azərbaycan dövlətini sevən insanam və 6 kitab müəllifiyəm. Nəyə görə Şamxal, Anar kimi gənclər mənim və mənim kimi minlərlə gəncin qarşısını kəsdi. Dövlətin sizə tanıdığı imkanlardan niyə bu qədər acgözlüklə istifadə etdiniz?

Mənim və mənim kimi gənclərin günahı nə idi? Niyə üzümüzə bütün qapıları bağladınız? Niyə həmişə qarşımızı kəsdiniz? Mənim atam sizin atalarınız kimi vəzifələrdə çalışmayıb. Dəmir Beton Zavodunda operator kimi çalışıb, indi də bu işdə çalışır. Mən atamın halal maaşı ilə böyümüşəm. təhsil almışam. Siz hansı bacarıqlarınıza görə məndən üstünsünüz? Atalarınızın puluna görə? Ya özünüzü məndən və mənim kimi gənclərdən daha intellektual hesab edirsiniz?

Əgər belədirsə, gəlin, canlı yayıma debata. Mən bilirəm, bu üç atanın övladları nəyə görə Amerikadadır. Onlar ataları həbs olunsa, dərhal dövlətimiz əleyhinə çirkin təbliğat aparacaqlar. Siz elə bilirsiniz ki, Şuşanı yalın əllərlə azad edən qəhrəman oğulları olan dövlətin sizə əli çatmır? Azərbaycan dövlətinin çətiri altında sizin əliniz hamıya və hər şeyə çatırdı. İndi Amerikaya qaçmısınız ki, Azərbaycan dövlətinin əli sizə çatmasın? Mən Azərbaycanda doğulmuşam, Azərbaycanda yaşayıram, Azərbaycanda da öləcəm. Bəs sizin atalarınız gecə-gündüz vətən-millət-dövlət sevgisindən danışırdı? Bəs nə oldu nəticəsi? Nəticəsi o oldu ki, bir zamanlar müxalifətin ABŞ-ın bəzi dairələrindən pul alıb dövləti təhqir etdiyini deyən ataların övladları indi ABŞ-a sığınıblar.

Pulunuz da var, verəcəksiniz bloggerlərə, söydürəcəksiniz dövlətimizin ali dəyərlərini. Həmin bloggerlər dövlətin ən ali şəxslərini aşağılayır, ancaq sizin atalarınızı təhqir etmirdilər. Sizin atalarınız vəzifədə deyildi? Sizin atalarınız iqtidarda olan partiyanın üzvləri deyildilər? Bəs necə olurdu ki, ən ali şəxslər söyüldüyü halda sizin atalarınız həmişə “sudan quru çıxırdılar?”

Azərbaycan mediasında söyüş maşınının əsasını Əli Həsənov qoydu. Həmin söyüşcül bloggerləri də Azərbaycan ictimaiyyətinə Əli Həsənov tanıtdı. Taladınız bu ölkəni, bu ölkənin ləyaqətli, intellektual gəncliyinin anasını ağlatdınız. Elə bilirdiniz, həyatda hər şey əbədidir? Elə bilirdiniz ki, heç zaman mühakimə olunmayacaqsınız. Azərbaycanın mühacirət tarixi deyəndə Rəsulzadə, Almas İldırım, Topçubaşov, Ceyhun Hacıbəyli kimi şəxsiyyətlər yada düşür. İndi Azərbaycanın yeni mühacirət tarixi sizsiniz? Özünüzü bu qədər böyük zənn edirsiniz?

Mən anlaya bilmirəm e. Atalar vəzifədən çıxarılan kimi oğullar niyə Amerikaya qaçır? Amerikanı bu qədər şirin edən nədir? Bəs deyirdiniz ki, Azərbaycanı sevirsiniz. Bəs nə oldu? Mən başa düşmürəm e, ölkə başçısı İlham Əliyevin oğlu Azərbaycanda yaşayır, təhsil alır. İndi də Azərbaycandadır. Bəs sizin övladlarınız niyə Amerikaya qaçır. Bəs axı oğullarınız da Azərbaycan sevgisindən danışırdılar. Polşada bir övlad atası rüşvətxor dövlət məmuru olduğu üçün məhkəməyə müraciət edib, həmin məmurun övladı olmaqdan rəsmi şəkildə imtina etdi. Bəs, bu üç oğul Azərbaycan dövlətini və xalqını sevirdilərsə, niyə həmin ataların övladı olmaqdan imtina etmədilər. Dövlətimiz humanist davranıb. Bu üç oğulun ölkədən çıxışına qadağa qoymayıb. Bu gənclər də Amerikaya ona görə sığınıblar ki, əllərinə fürsət düşən kimi Azərbaycan əleyhinə kampaniya aparsınlar.

Azərbaycan xalqı da sizin zənn etdiyiniz kimi deyil, artıq dəyişib və dəyişir.

Azərbaycan dövləti də indi sizin zənn etdiyiniz kimi deyil, dəyişib və dəyişir. Müsbətə doğru olan bu dəyişikliklər sizin gedişinizdən sonra oldu. Bilirəm, indi sizi ən çox bu sual narahat edir:

“Azərbaycanda Nürnberq məhkəməsi olacaqmı?”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*