Azərbaycanda kiber təhqiqat istiqaməti Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyətə başlayıb.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
O qeyd edib ki, kiber təhqiqatın həm prosessual kiber təhqiqat, yəni istintaq hissəsi, baxış-axtarış tədbirləri, həm də kiber tədqiqat hissəsi birgə şəkildə fəaliyyət göstərəcək:
“Bu istiqamət üzrə həm “cyber investigation”, həm də “cyber examination” bölmələri tandemdə işləyərək kiber təhlükələrə qarşı, xüsusən APT tipli ciddi kiber təhdidlərlə mübarizədə əhəmiyyətli irəliləyişin əldə edilməsi nəzərdə tutulur”.
