Dünən Ermənistana qayıdan əsirlərdən ikisi saxlanıldıbackend

Dünən Ermənistana qayıdan əsirlərdən ikisi saxlanıldı

Ermənistana qayıdan hərbi əsirlərin dindirilməsi gərgin şəraitdə keçib, onlardan ikisi saxlanılıb.

KONKRET.az xəbər verir ki,“Joqovurd” qəzeti dünən Ermənistana qayıdan 8 erməni əsirin dindirilməsinin kifayət qədər gərgin və çətin şəraitdə keçdiyini yazıb.

“Fakt budur ki, müstəntiqlər cinayət işinin açılması zərurətindən çıxış edərək onları dindirərkən əsirlərin qəzəbli qohumları hay-küy salaraq, hərbi istintaq idarəsinin binasının şüşələrini sındırmağa cəhd ediblər. Valideynlər bir şeyi tələb ediblər – hüquq-mühafizə orqanlarının əməkdaşları oğullarını tez bir zamanda azad etsinlər”, – qəzet yazıb.

Dindirmə saat 15:00-da başlayıb və təxminən 7- 8 saat davam edib.

Hərbi İstintaq İdarəsində səkkiz əsirin dindirilməsi axşam saatlarında başa çatıb. 8 əsirdən 6-sı istintaq orqanı tərəfindən azad edilib, evlərinə qayıdıblar. Onlardan ikisi hərbi polisə təhvil verilib”, -deyə qəzet yazır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*