Dünya bazarlarında neft qiymətləri belə dəyişdibackend

Dünya bazarlarında neft qiymətləri belə dəyişdi

Dünya bazarlarında neftin qiyməti fərqli dinamika nümayiş etdirib.

KONKRET.az “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.50-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,12% ucuzlaşaraq, 1 bareli 82,21 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə əksinə 0,13% artaraq, 1 bareli 78,6 ABŞ dolları təşkil edib.

Dünən ABŞ Prezidenti Cozef Bayden ölkənin strateji neft ehtiyatlarından 50 milyon barelin satışa çıxarılacağını bəyan edib. Dünya bazarlarındakı qiyməti endirmək üçün Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyanın da eyni addımı atacağı məlum olub.

Hələlik bu məlumatlar qiymətlərin ucuzlaşmasına səbəb olmayıb. Əksinə, Ağ Evin bəyanatından sonra “Brent” və WTI neftinin qiyməti müvafiq olaraq, 3,3% və 2,3% artım nümayiş etdirib.

Amerika Neft İnstitutu (API) noyabrın 19-dək olan həftə ərzində ABŞ-da neft ehtiyatlarının 2,3 milyon barel artdığını açıqlayıb. Analitiklər isə ehtiyatların azalacağını gözləyirdilər. ABŞ-ın Energetika Nazirliyinin ölkədəki neft ehtiyatları ilə bağlı rəsmi açıqlaması bu gün dərc edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*