İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin yanvar müqaviləsinin dəyəri 0,55% azalaraq 1 barelə görə 63,62 dollar təşkil edib.
KONKRET.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında yanvarda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,72% azalaraq 58,16 dollar olub.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,43% artaraq 2,594 ABŞ dolları təşkil edib.