Şimali Koreya Şərq dənizinə mərmi atdıbackend

Şimali Koreya Şərq dənizinə mərmi atdı

Şimali Koreyanın Şərq dənizi istiqamətində naməlum mərmi buraxdığı ehtimal olunur.

KONKRET.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə ilə əlaqədar Cənubi Koreya Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsi təcili iclas keçirib. Görüşdə silahlı qüvvələrin mümkün təhdidlərə cavab verməyə hazırlıq səviyyəsi yoxlanılıb.

İclasın yekunlarına dair Prezident Administrasiyasından bildirilib ki, ballistik raketlərin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqla yanaşı, mövcud vəziyyətin yaxşılaşmasına da töhfə vermir. Rəsmi Seul Pxenyanı bu cür addımlara son qoymağa çağırıb.

Qeyd edək ki, Cənubi Koreyanın məlumatına görə, Şimali Koreya sonuncu dəfə sentyabrın 20-də ballistik raketlər buraxıb. Seul baş verən hadisələrlə bağlı ABŞ və Yaponiya ilə kəşfiyyat məlumatları mübadiləsini davam etdirir.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*