“Flydubai”nin ikinci pilotu kapitana hücum edib? – Sensasion təfərrüat backend

"Flydubai"nin ikinci pilotu kapitana hücum edib? - Sensasion təfərrüat 

Flydubai aviaşirkətinə məxsus sərnişin təyyarəsində ikinci pilot kapitana hücum edərək hava gəmisinin idarəetməsini ələ keçirməyə cəhd göstərib.

KONKRET.az xəbər verir ki, bu barədə BƏƏ-nin WAM agentliyi məlumat yayıb.

Məlumata görə, Omandan olan 29 yaşlı ikinci pilot Həmmam əl-Həmmami istintaq zamanı terror aktı törətmək niyyətində olduğunu və sərnişin təyyarəsini qəsdən İsraildə qəzaya uğratmağı planlaşdırdığını etiraf edib. Bildirilir ki, o, təyyarənin kapitanına fövqəladə hallar üçün nəzərdə tutulan balta ilə zərbə endirib və idarəetməni ələ keçirməyə çalışıb. Hazırda şübhəli Birləşmiş Ərəb Əmirliklərində saxlanılır.

Qeyd olunur ki, əl-Həmmami 2024-cü ildə radikal baxışlarına görə uçuşlardan kənarlaşdırılıb. Lakin insidentdən sonra ona Oman Air aviaşirkətində inzibati vəzifədə işləməyə davam etməyə icazə verilib.

İstintaq orqanları onun hansı səbəbdən yenidən uçuşlara buraxıldığını və Flydubai reysində ikinci pilot kimi fəaliyyət göstərməsinə necə şərait yaradıldığını hələlik müəyyən edə bilməyib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*