backend

Dünya bazarlarında neftin ucuzlaşması davam edir, təbii qaz isə bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin yanvar müqaviləsinin dəyəri 0,19% azalaraq 1 barelə görə 63,09 dollar təşkil edib.

KONKRET.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında 2020-ci ilin yanvarında ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,19% azalaraq 58,30 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,08% artaraq 2,532 ABŞ dolları təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*