Dünya çempionatında ölkəmizi 15 taekvondoçu təmsil edəcəkbackend

Dünya çempionatında ölkəmizi 15 taekvondoçu təmsil edəcək

Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandasının avqustun 2-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.

KONKRET.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, 6 gün davam edəcək yarışda ölkəmizi 15 idmançı təmsil edəcək.

800-dən artıq taekvondoçunun iştirak edəcəyi mundialda oğlanlar arasında Xıdır Məmmədov (45 kq), Pünhan Mürsəlov (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq), Fərid Əliyev (59 kq), Nizami Hacıyev (63 kq), Xan Məmmədzadə (68 kq), Vaqif Hacıyev (73 kq), İsmət İsrafilzadə (78 kq), qızlardan isə Zemfira Həsənzadə (42 kq), Səlimə Quliyeva (44 kq), Nərgiz Kazımova (46 kq), Səmməruh Osmanova (49 kq), Leyla Bəşirova (52 kq) və Fatimə Həsənova (55 kq) medallar uğrunda dayanq üzərinə çıxacaqlar.

Taekvondoçular dünya çempionatına qatılmaq üçün artıq Bolqarıstana yollanıb. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev də idmançıları dəstəkləmək üçün Sofiya şəhərindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*