Türkiyədə arxeoloqlar Afrodita və Dionisin beş min il yaşı olan heykəllərinin daşdan hazırlanan başlarını tapıblar.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin qərbində yerləşən qədim Aizanoi şəhərinin (Şəhərin dağıntıları indiki Kütahya yaxınlığındakı Çavdarhisar qəsəbəsində yerləşir) ərazisində arxeoloqlar qədim yunan tanrıları olan Afrodita və Dionisin başlarını aşkar ediblər.
Heykəllər əvvəlki qazıntılar zamanı tapılıb. İndi elm adamları təxminən beş min il əvvəl əhəng daşından oyulmuş başları da aşkar ediblər. Mütəxəssislərin fikrincə aşkar edilmiş artefaktlar sonrakı araşdırmalar üçün çox vacibdir.
Qeyd edək ki, Qədim Aizanoi şəhərinin eramızdan əvvəl 3300-cü ildə qurulduğu güman edilir. Şəhər Ellinizm dövründə eramızdan əvvəl 133-cü ildə Romanın əlinə keçənə qədər Perqamon krallığı ilə Bitiniya arasında əldən-ələ keçib.

Müşviq Tofiqoğlu
KONKRET.az
