Dünya ölkələri sərnişin təyyarəsini raketlə vurduğuna görə İrana uçuşları dayandırırlarbackend

Dünya ölkələri sərnişin təyyarəsini raketlə vurduğuna görə İrana uçuşları dayandırırlar

“Türkmənistan” Hava Yolları İran İslam Respublikası üzərindən beynəlxalq aviareyslərin müvəqqəti olaraq dayandırdığını elan edib.

KONKRET.AZ bildirir ki, bu barədə məlumatı Türkmənistan xəbər agentliyi “ORİENT” yayıb.

Qərar “Türkmənhavayolları” Agentliyinin Təhlükəsizlik Şurasının iclasında qəbul edilib.

Qərarın mülki təyyarə uçuşlarının təhlükəsizliyini təmin etmək üçün verildiyi qeyd olunur.

Qeyd edək ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif özünün “Twitter” hesabında Ukraynaya məxsus təyyarəyə “səhvən” raket atıldığını qeyd edib. Ukraynaya məxsus təyyarənin yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin və doqquz heyət üzvü həlak olub.

Daha əvvəl belə bir qərarı İsveç hökuməti qəbul etmişdi. Analoji qərar qəbul edən ölkələrin sayında artım gözlənilir.

Həmçinin təyyarənin vurulduğu gün (8 yanvar) Ukrayna Beynəlxlaq Hava Yolları ilə yanaşı daha 7 ölkə – Fransa, Sinqapur, Tayvan, Malayziya, Vyetnam, Avstraliya və Qazaxıstana məxsus hava yolları şirkətləri də İran və İraq üzərindən uçuşları qadağan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*