Dünyaca məşhur idmançı başından güllələnərək ÖLDÜRÜLDÜ – FOTObackend

Dünyaca məşhur idmançı başından güllələnərək ÖLDÜRÜLDÜ - FOTO

Braziliyalı idmançı Leandro Lo San-Pauludakı gecə klubunda güllələnib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı Lo keçmiş polis əməkdaşı Henrik Velozo tərəfindən güllələnib.

Hadisə şahidlərinin sözlərinə görə, dostları ilə gecə klubuna gedən Lo ilə həmin şəxs arasında mübahisə düşüb. Mübahisə zamanı Velozo Lonun alnına atəş açıb.

30 yaşlı polis məmuru bir ay müddətinə həbs edilib.

Qeyd edək ki, Leandro Lo 2012-2022-ci illər arasında 5 müxtəlif kateqoriyada Ciu-Citsu üzrə 8 dəfə dünya çempionu olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*