Dünyada son həftə ərzində koronavirusa yoluxanların sayı 3 977 223 nəfər artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək qeydə alınan ən yüksək göstəricidir.
KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Son 7 gündə ölənlərin sayı isə 59 699 nəfər artıb.
Bu, ötən həftə ilə müqayisədə 4 864 hal çoxdur.
Qeyd edək ki, dünyada ümumilikdə 56 milyona yaxın insan koronavirusa yoluxub, 1,3 milyondan çox insan bu virusdan dünyasını dəyişib.
