Dünyada hərbi xərclərdə rekord artımın səbəbi AÇIQLANDIbackend

Dünyada hərbi xərclərdə rekord artımın səbəbi AÇIQLANDI

2020-ci ildə dünya müdafiə xərcləri rekord 1,9 trilyon dollara çatdı. “Janes Information Group”-un hərbi analitikləri hərbi xərclərin hər il durmadan artdığını hesablayıblar. Uzun illərdir ki, Avropa və ABŞ hərbi xərclərin lideri olaraq qalırdı, lakin meyl tədricən Asiyaya doğru dəyişir. Mütəxəssis dünyada hərbi xərclərin artmasının səbəblərindən danışıb.

“Janes”ə görə silahlanma xərcləri yalnız 2014-cü ildən bəri artır. 2019-cu ilə qədər bu rəqəm 1,8 trilyon dollarlıq rəqəmə yaxınlaşdı. Və keçən il isə 1.93 trilyon dollarlıq həddi keçdi. Tək bir ildə silahlanmaya 130 milyard dollar artıq vəsait xərcəndi. Analitiklər dünyanın müdafiə xərclərində dəhşətli sıçrayış gözləyirlər. 2030-cu ilə qədər silahlanmaya ayrılan vəsaitin 2,23 trilyon dollara qədər artacağını proqnozlaşdırırlar.

  • “2014-cü ildən bəri dünyada münaqişə potensialı kəskin şəkildə artdı” -deyə hərbi ekspert, Strateji və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) müdir müavini Konstantin Makiyenko “Moskovskiy komsomolets”ə izah edib. “Hər şeydən əvvəl, Orta Şərqdə, xüsusilə də Suriyada vətəndaş müharibəsi, husilərlə Yəməndə ərəb koalisiyası arasında müharibə var. Səudiyyə Ərəbistanı ilə İran arasında və Səudiyyə Ərəbistanı ilə Qətər arasında gərginlik artır. Bu qarşıdurmalar silah alqı-satqısının və müdafiə ehtiyaclarına xərclənmənin generatorudur”, – deyə o əlavə edib.

“Janes”dən olan analitiklər, Avropa ölkələrinin də 2020-ci ildə silahlanma xərclərində artım olduğunu göstərdilər. Bu, əvvəlki  ilə nisbətən 5,6 faiz daha çoxdur. Asiya ölkələrində də hərbi xərclər sürətlə artır. Keçən il onların qlobal həcmdəki payı 20 faiz idi. Mütəxəssislər Asiya ölkələrinin 2028-ci ilədək dünyanın bütün hərbi xərclərinin 35 faizə sahib çıxacaqlarını söyləyirlər.

“Səbəb çox sadədir: Asiya böyüyür. Bu, hər şeydən əvvəl Çinə aiddir. Avropa isə əksinə, iqtisadi cəhətdən durğunlaşır”, – deyə ekspert Konstantin Makiyenko fikirlərini davam etdirir. – “Və bu təbii bir prosesdir – iqtisadi cəhətdən böyüyürsənsə, hərbi qabiliyyətlərini inkişaf etdirməyə başlayırsan. Ancaq Asiya bölgəsində kifayət qədər gərginlik var. Bəli, bu, Orta Şərqdəki kimi deyil. Ancaq çinlilərlə Cənub-Şərqi Asiya ölkələri arasında, Çin və Yaponiya arasında ziddiyyətlər var. Tayvan ətrafında çətin mühit. Koreya yarımadasındakı davamlı gərginliyi unutmayaq. Və qeyd etmək vacibdir ki, Orta Şərq ölkələri, neftin qiyməti aşağı olsa belə, hərbi güclərini neftlə maliyyələşdirirlər. İqtisadi cəhətdən sürətlə böyüyən şərq bölgəsi hərbi ehtiyaclarını iqtisadi böyümə yolu ilə maliyyələşdirə bilər”.

“Moskovskiy komsomolets”, 26 yanvar 2021

Tərcümə etdi: Lətif,

KONKRET

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*