backend

Dünyada koronavirus qurbanlarının sayı 100 mini ötdü

Dünyada koronavirus qurbanlarının sayı 100 090 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi İtaliya (18 279), İspaniya (15 970), ABŞ (17 843) və Fransada (12 210) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 1 638 000-i ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*