
Dünyanın ən böyük An-225 “Mriya” təyyarəsi yanacaq doldurmaq üçün Almatıya enib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, təyyarə Çindən Polşaya gedir.
“Dünyanın ən böyük aerobusu 7 milyon P2 tibbi maska, bir neçə yüz min qoruyucu kostyum və bir neçə yüz min qoruyucu qalxan yardımı aparır.
Qeyd edək ki, daha əvvəl Ukrayna mediası Ukraynanın An-225 “Mriya” yük təyyarəsinin tibbi avadanlıq və anti-COVID-19 əleyhinə tədbirlər üçün Çinin Tianjin hava limanına uçduğunu xəbər vermişdi. Bu, bir il yarım fasilədən sonra ilk uçuşdur.
