Dünyanın ən yaşlı atı öldübackend

Dünyanın ən yaşlı atı öldü

Dünyanın ən yaşlı cins ərəb atı olan “Eçokett” (“Echoquette”) 36 yaşında ölüb.

Bu barədə KONKRET.az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, at qəfil qaraciyər çatışmazlığından ABŞ-də həyatını itirib.

“Eçokett”in sahibi Endryu Haus onunla ilk tanışlıqlarından danışıb.

“Onu ilk dəfə 1993-cü ildə İsveçrədəki tövləsində görmüşdük. Başını yana əyərək maraqla bizə baxması dərhal bizi valeh etdi və onu həyatımızın ilk atı olaraq seçdik”, – deyə o bildirib.

Haus ailəsi bildirib ki, “Eçokett” yeni dərman istifadəsi zamanı ortaya çıxan qəfil qaraciyər çatışmazlığından ölüb.

“Əgər lazımi testlər aparılmış olsaydı, yəqin ki, bu problemi vaxtında aşkarlayıb tədbir görə bilərdik”, – deyə ailə açıqlamasında qeyd edib.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*