Dünyanın ən yaşlı canlı orqanizmi üzə çıxdı – FOTObackend

Dünyanın ən yaşlı canlı orqanizmi üzə çıxdı - FOTO

ABŞ alimləri dünyanın ən qədim canlı orqanizmini tapıblar.

KONKRET.az bildirir ki, bu “Pando” kimi tanınan qovaqların (Populus tremuloides) koloniyasıdır və ABŞ-nin Yuta ştatında təxminən 43 hektar ərazidə yerləşir.

“Orqanizm tək kök sistemi ilə bağlanmış genetik cəhətdən eyni ağaclardan ibarət bir klondur”, – deyə məlumatda vurğulanıb.

Alimlərin fikrincə, heyrətamiz bağın ilk fidanı təxminən 80 min il əvvəl böyüyüb.

Ekoloqlar hesab edirlər ki, “Pando”nun mövcudluğuna təcrid olunmuş ağacları məhv edən yanğınlar çox kömək edib; klonun kökləri yerdəki fəlakətlərdən salamat çıxıb və sonradan yeni gövdələrə həyat verib.(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*