Yəhudilərin Avropada məskunlaşmasının böyük tarixi var. Bütün qitə boyu səpələnən yəhudilərin Rusiya imperiyasına üz tutması da səbəbsiz deyildi. Rusiyaya üz tutan yəhudilərə isə imperiyanın qərb əyalətlərində məskunlaşmaq icazəsi verildi. Onlar həmin şərtə uyğun olaraq Rusiyanın qərb əyalətlərində yerləşdirildilər. Polşa, Belarus və Ukrayna ərazilərində sıx yerləşdirilən yəhudilər zaman keçdikcə buraların yerli əhalisinə çevriləcək və həmin ölkələrin ictimai-siyasi həyatında mühüm rol oynayacaqdılar.
KONKRET.az Şərqi Avropada doğulan və sonralar öz ölkələrinin önəmli şəxsiyyətlərinə çevrilən yəhudi qadınlar barədə araşdırma aparıb.
![]()
Həmin siyahının başında Kiyevdə anadan olan Qolda Meir adlı xanım durur. Yəhudilər Qolda Meiri haqlı olaraq “İsrailin anası” adlandırırlar. Əvvəlcə sionist təşkilatların fəalı, daha sonra Knessetin deputatı və İsrailin SSRİ-dəki səfiri, Əmək, Ədliyyə və sonralar Daxili işlər naziri olan bu xanım İsrailin ən ağır vaxtlarında ölkənin Baş naziri də seçilib. Tarixə Leninin qatili kimi düşən Fanni Kaplan 1906-cı ildə Kiyevdə general-qubernatora qarşı aksiya hazırladığına görə ilk dəfə həbs ediləndə ona əməllicə işgəncə verilmişdi. Daha sonra inqilabi proseslərə qoşulan Kaplan Çar Rusiyasının süqutunda önəmli rol oynayıb. Və 1924-cü ildə Leninə atəş açan Kaplan 20-ci əsrin ən mübahisəli şəxsiyyətlərindən birinə çevrilib.
Yəhudi qadınlar arasında öz dövrünün yazıçı və şairləri də var. Onların müxtəlif mövzularda yazdıqları əsərlər xüsusi rəğbətlə qarşılanıb. Bunlardan biri də kiyevli yazıçı, yəhudi Yunna Moritzdir.
Siyahıda 4-cü yerdəki yəhudi qadın Lolita Milyavskayadır. Ukraynanın Mukaçevo şəhərində anadan olan Lolita gənclik illərini doğulduğu şəhərdə keçirib. Sonra Moskvaya, daha sonra isə Kiyevə köçüb. Yəhudilərin görkəmli ziyalılarından hesab olunub.

Bir vaxtlar Ukraynaya rəhbərlik edən Yuliya Timoşenko ərinin soyadını daşıyır. O, ata tərəfdən latış, ana tərəfdən isə ukraynalı olduğunu desə də, əslində, Kapitelman soyadlı ata babası yəhudidir.

Linor Goraliki isə tamaşaçılar yaxşı tanıyır. Bu xanım maraqlı filmlər lentə alıb.

Amerikalı aktrisa Mila Kunis Ukraynanın Çernivtsid şəhərində anadan olub. 1991-ci ildə ailəsi ilə ABŞ-a köçüb. İndi o, Hollivudun ən çox qazanan qadınlarından biridir. Bu, əslində, böyük nailiyyətdir. Çünki ABŞ şou-biznesində zəif cinsə elə də önəm verilmir. Üstəlik, bu, bir mühacir üçün xüsusi uğurdur.
Vəli Həsənov,
KONKRET.az
