Düşmən dilini tədris etmək və ictimailəşdirmək təhlükəlidir – Voskanyanbackend

Düşmən dilini tədris etmək və ictimailəşdirmək təhlükəlidir - Voskanyan

“Düşmən dilini bilmək lazımdır kimi ağılsız fikir çox ciddi araşdırma tələb edir”. 

KONKRET.az xəbər verir ki, bunu iranşünas Vardan Voskanyan öz Telegram kanalında yazıb. O, erməni məktəblərində Azərbaycan və türk dillərinin tədrisi və öyrənilməsini özünəməxsus şərh edib.

“Düşmən dilini öyrənməyin məqsədəuyğunluğu ilə bağlı aramızda formalaşan “düşmən dilini bilmək lazımdır” kimi ağılsız fikir çox ciddi araşdırma tələb edir.

Bəli, düşmənin dilini bilmək o düşmənə qarşı peşəkarcasına çalışan strukturlar, qruplar və ya ayrı-ayrı şəxslər: tədqiqat, ordu və təhlükəsizlik orqanları və s. vəziyyətində zərurətdir. Lakin geniş təlim vasitəsilə düşmənin dilini ictimailəşdirmək çətinliklər və təhlükələrlə doludur.

Məlumdur ki, bütün ciddi dövlətlər öz dövlət dilinin başqa ölkələrdə populyarlaşdırılmasını özlərinin ən azı mədəni, çox vaxt da təbliğat və hətta siyasi təsirlərinin yayılması, başqa sözlə, öz gücünü göstərmək üçün mühüm alət hesab edirlər.

Müvafiq olaraq, çox sadə dillə desək, düşmənin dilini bilmək həmin düşmənə qarşı sistemli şəkildə işləyənlər üçün zəruridir. Lakin düşmən təbliğatına və ya digər təsirlərə məruz qalan geniş hədəf qrupları üçün qəti şəkildə əks göstərişdir”, – deyə Voskanyan yazıb.

Xatırladaq ki, Ermənistanın əksər məktəblərində bu ildən türk və Azərbaycan dili tədris edilir. Ermənistanın Təhsil naziri bu dilləri öyrənmək istəyənlərin sayının çox olması barədə açıqlama verib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*