Düşmən Tərtəri atəşə tutmağa davam edir – Yaralılar varbackend

Düşmən Tərtəri atəşə tutmağa davam edir - Yaralılar var

Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam edir.

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, düşmən yenə təxribata əl ataraq dinc əhalini hədəf alıb.

Belə ki, ötən gecə şəhər mərkəzinə düşən mərmi iki mülki vətəndaşın yaralanmasına səbəb olub.

Bunlar şəhər sakinləri – 1981-ci il təvəllüdlü Taleh Novruzov və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğludur.

Yaralılar xəstəxanaya çatdırılıb.

Bundan başqa, bir sıra yaşayış evləri, obyektlər də dağıdılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*