“Düşmən yollarda maneələr qurub, körpüləri partladıb” – Polkovnikbackend

“Düşmən yollarda maneələr qurub, körpüləri partladıb” - Polkovnik

Vətən müharibəsi zamanı düşmən geri çəkilən zaman yollarda maneələr qurub, körpülərin bütün əsas hissələrini partladıb və bir çox yollarda dağıntılar törədib.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mühəndis-istehkam işləri və qoşunlarının idarə rəisinin müavini, polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, bu maneələr mühəndis-istehkam bölmələrinin qruplarının vasitələri ilə təmizlənib:

“Ötən ilin 27 sentyabrından etibarən mühəndis istehkam bölmələrində maneə ləğv etmə qrupları yaradılaraq, bütün əks-hücum əməliyyatı həyata keçirən qoşunların, o cümlədən xüsusi təyinatlıların tərkibinə verilib və qoşunların maneəsiz hərəkəti təmin edilib”./trend/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*