Oktyabrın 7-ə keçən gecə bütün cəbhə boyu döyüşlər davam edib.
KONKRET.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qarşılıqlı artilleriya atışları qeydə alınıb.
Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb.
Çoxlu sayda ölən və yaralanan var.
Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb.
