Düşünülmüş ssenari: Qərb niyə Dnestryanını ciddi şəkildə hədəfə alır?backend

Düşünülmüş ssenari: Qərb niyə Dnestryanını ciddi şəkildə hədəfə alır?

Moldovanın ikinci ən böyük şəhəri olan Tiraspolda baş verən hadisədən sonra bütün respublikanı terror aktları dalğası bürüdü. Mənbələrin məlumatına görə, zərbə rabitə qüllələrinə endirilib. İlkin məlumatlara görə, iki rabitə qülləsi partladılıb. Ehtimal edilir ki, radio mərkəzi qülləsinin partlamasından sonrakı ilk saniyələr lentə alınıb. Çox güman ki, zərbə pilotsuz təyyarə ilə həyata keçirilib. Ölkənin hüquq mühafizə orqanlarının məlumatına görə, Pridnestrovyedə Rusiya radiosunu ötürən regional mərkəz partladılıb.  

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Pasxa bayramının ikinci günü Tiraspolda baş verən silsilə partlayışlar Dnestr çayının hər iki sahilini şoka salıb. İlkin məlumatlara görə, atəşlər RPQ-dən açılıb.

Tiraspolda baş verənlərlə bağlı bir neçə versiya mövcuddur. Cəmi bir neçə gün əvvəl Mərkəzi Hərbi Dairə komandirinin müavini Rüstəm Minnekaev Ukraynadakı xüsusi hərbi əməliyyatın ikinci mərhələsinin məqsədlərini – Dnestryanıya dəhliz adlandırıb. Ordu Donbas və Ukraynanın cənubuna tam nəzarəti təmin etməyi, Krıma dəhliz verməyi planlaşdırır. Ukraynanın cənubuna nəzarət rus hərbçilərinə Dnestryanıya daha bir çıxış imkanı verəcək.

Bundan əvvəl Ukrayna rəsmiləri dəfələrlə Kişinyova “Dnestryanı məsələni” birdəfəlik həll etməyi təklif kimi irəli sürüblər. Sülhməramlı kontingent və on dördüncü ordunun qalıqları demək olar ki, otuz ilə yaxındır Dnestryanıdadır, lakin bu illər ərzində bir dəfə də olsun atəş açılmayıb və qan tökülməyib. lakin Moskvanın diqqətini yayındırmaqdan ötrü, görünür, “Dnestryanı işi” Kiyev üçün faydalıdır.

Vəziyyəti bir neçə tərəfdən “alovlandırmaq” istəyi Kiyevin planlarına daxil edilə bilərmi sualına siyasi elmlər doktoru Andrey Pinçuk belə cavab verib.

– Kiyevin strateji vəzifəsi münaqişənin beynəlmiləlləşdirilməsinə nail olmaqdır. Onlara izah etmək lazımdır ki, Rusiya ilə təkcə onlar deyil, müəyyən koalisiya mübarizə aparır.

Bu koalisiyada kimlər olacaq?

– Polyaklar, moldovalılar, rumınlar və ya başqaları ola bilər. Bu, artıq vacib deyil. Buna görə də Kiyevin Dnestryanı münaqişəni alovlandırmaq cəhdləri əslində xüsusi hərbi əməliyyatlardan əvvəl  başlayıb. Sandu hökumətini Dnestryanı ilə bağlı daha sərt addımlara sövq etmək cəhdlərinə ötən ildən strat verilib. Əməliyyatın ikinci mərhələsi başlayandan sonra ikinci tərəf anladı ki, biz Dnestryanıya doğru irəliləyirik. Bbu halda Moldovanı və Rumıniya ordusunu cəlb etmək üçün Dnestryanıya zərbə vurmaq lazımdır ki, orada münaqişə alovlansın. Rumıniya da NATO üzvüdür və həm də Moldovanın təbii müttəfiqidir. Və Moldova münaqişəyə cəlb olunarsa, onun ardınca Rumıniya da qoşulacaq. Məqsəd təkcə bir dövləti cəlb etmək deyil. Dolayısı ilə Moldova vasitəsilə NATO-nu müharibəyə cəlb etmək planı mövcuddur.

Tiraspoldan olan politoloq Andrey Safonov isə hesab edir ki, baş verən   hadisələrin Ukraynadakı hərbi əməliyyatlarla birbaşa əlaqəsi yoxdur:

“Ola bilsin ki, belə bir senari Dnestryanı əleyhdarları tərəfindən çoxdan yazılıb. Ancaq əlverişli şərait indi yarandığı üçün hadisələr bu gün törədilib. Bununla belə, xüsusi xidmət orqanları həmişə çox ayıq-sayıq olublar. Ona görə də rəqiblərimizə öz zərərli fəaliyyətlərini davam etdirmək asan olmayacaq” – Andrey Safonov fikirlərini yekunlaşdırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*