Eduard Şarmazanov yeni açıqlaması ilə dünyanı özünə güldürdübackend

Eduard Şarmazanov yeni açıqlaması ilə dünyanı özünə güldürdü

Eduard Şarmazanov: Bizim üçün münaqişənin paket həlli variantından başqa yol yoxdur. Münaqişənin digər həll yolu qəbul edilə bilməz

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Repsublikaçılar Partiyasının sədri Eduard Şarmazanov bildirib.

Bir sıra parlamentdənkənar siyasi qüvvələrin nümayəndələri ilə Nikol Paşinyanla qapalı görüş barədə geniş danışmaq istəməyən erməni siyasətçi vurğulayıb ki,  “Qarabağ məsələsində Ermənistanın Respublikaçılar Partiyasının mövqeyi məlumdur və bunu Prezident Serj Sarkisyan dəfələrlə səsləndirib: Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq.

Bu mövqeyə həm iqtidarda olduğumuz müddətdə, həm hakimiyyət dəyişikliyindən sonra, həm də bu anda sadiq qaldıq. Mövqelərimizdə heç nə dəyişmədi. Münaqişənin paket həll variantından başqa heç bir seçim bizim üçün məqbul olmayıb və olmayacaq”.

Haşiyə: Görünən odur ki, faşist ideologiyasına sadiqlik bu milləti uçuruma apracaq. Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistanın siyasi fiqurları ucuz şouları ilə hələ də dünyan özünə güldürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*