Şimali Koreya Rusiyaya daha 10 min hərbçi göndərirbackend

Şimali Koreya Rusiyaya daha 10 min hərbçi göndərir

Şimali Koreya hakimiyyəti Rusiyaya təxminən 10 min hərbçi göndərməyə hazırlaşır. Onlardan 8 mindən çoxunun artıq Rusiya ərazisində olduğu bildirilir.

KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hesabatına istinadən açıqlama verib. O, yeni məlumatların bunu təsdiqlədiyini bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya hakimiyyəti Ukraynaya qarşı müharibədə iştirak etmək üçün xarici ölkələrdən hərbçilərin cəlb edilməsini “artırmağı planlaşdırır”.

“Rusiyanın öz ordusuna cəlb etdiyi insanların gəldiyi ölkələrin hökumətlərinin buna qarşı çıxması vacibdir. Hər bir hökuməti bu barədə məlumatlandıracağıq”, – deyə Ukrayna prezidenti qeyd edib.

Cənubi Koreya kəşfiyyatının qiymətləndirməsinə görə, Şimali Koreya artıq Rusiyaya müharibədə dəstək məqsədilə təxminən 15 min hərbçi göndərib.

Ehtimal olunur ki, bunun müqabilində Pxenyan Moskvadan maliyyə vəsaiti, hərbi texnologiyalar və təhlükəsizlik təminatları əldə edir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*