ƏDV-nin qaytarılması ilə bağlı YENİLİK OLACAQ – VİDEObackend

ƏDV-nin qaytarılması ilə bağlı YENİLİK OLACAQ - VİDEO

Artıq xeyli vaxtdır ki, istər marketlərdə, istərsə də digər əksər alış-veriş zamanı alıcılara əlavə dəyər vergisinin bir hissəsi geri qaytarılır. Nağdsız ödənişlər zamanı alıcılar ƏDV-nin 15%-ni, nağd alışlar zamanı isə 10%-ni geri alırlar. Ancaq vergilər məcəlləsinə təklif edilən yeni qaydalara əsasən nağdsız ödənişlər zamanı alıcıya geri qaytarılan ədv məbləği artırılacaq.

Hər 100 manatlıq alışda nə qədər artımdan söhbət gedir? 

KONKRET.az xəbər verir ki, nağdsız ödənişlər zamanı alıcıya geri qaytarılacaq ədv faizi artırılır. Yəni gələcəkdə aldığınız malın ödənişini nağd deyil, nağdsız formada etsəniz, sizə daha çox ədv qaytarılacaq. Bu təkliflər Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan paketdə öz əksini tapıb. Mövcud qaydalara görə, hazırda əlavə dəyər vergisinin müştəriyə qaytarılan hissəsi nağdsız qaydada ödənilən ƏDV-nin 15 faizini, nağd qaydada ödənilən ƏDV-nin isə 10 faizini təşkil edir.

Məsələn indi 100 manatlıq nağdsız edilən alışlar üçün əlavə dəyər vergisinin alıcıya qaytarılan məbləği 2 manat 28 qəpikdir. Ancaq yeni qaydalar qüvvəyə minərsə, bu zaman alıcı hər 100 manatlıq alış-veriş üçün 3 manat 5 qəpik ədv ala biləcək. Nağd ödənişlər zamanı isə 100 manatlıq alışda alıcıya 1 manat 52 qəpik ədv qaytarılır. Yeni təkliflər qüvvəyə minərsə, nağd alış zamanı alıcıya cəmi 76 qəpik qaytarılacaq

Bundan əlavə, təkliflərdə tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə  ödənilən ƏDV-nin qaytarılması da nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*