Əfqanıstanda ABŞ-ın hərbi təyyarəsi vuruldu – VİDEObackend

Əfqanıstanda ABŞ-ın hərbi təyyarəsi vuruldu - VİDEO

Əfqanıstanın Qəzni əyalətində ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb.

KONKRET.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “TOLOnews” telekanalı yayıb.

Telekanalın “Twitter” səhifəsində qəza yerindən video dərc olunub, buna görə təyyarənin sağ mühərrikindəki tanınma nişanları bortun ABŞ Hava Qüvvələrinə məxsus olduğunu göstərir.

Bununla yanaşı, qeyd edilir ki, bu videonun Qəzni əyalətində baş vermiş təyyarə qəzasına aid olması hələ rəsmi təsdiqini tapmayıb.

Eyni zamanda, təyyarənin düşdüyü əraziyə nəzarət edən “Taliban” terror qruplaşmasında baş verənlərə aidiyyətlərini bildiriblər.

Onlara məxsus media təyyarənin vurulduğunu bildirir.

İki pilot da daxil olmaqla, hava gəmisinin bortunda beş nəfər olub.

Almaniyalı reportyor Juliana Pepkenin sözlərinə görə, Əfqanıstanda Amerikan Bombardier E-11A hərbi təyyarəsi vurulub.

ABŞ hələlik informasiyaları şərh etməyib.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*