Əfqanıstanda güclü zəlzələ – Ölənlərin sayı mini ötdü – YENİLƏNİBbackend

Əfqanıstanda güclü zəlzələ - Ölənlərin sayı mini ötdü - YENİLƏNİB

Əfqanıstanın Paktika əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə əyalətin mədəniyyət və informasiya idarəsinin rəisi Amin Huzayfa bildirib.

Onun sözlərinə görə, yaralıların sayı 1 500 nəfərə yüksəlib, bir çox kəndlər məhv olub.

***

09:37

Əfqanıstanda 5,9 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla saat 01:24-də baş verən zəlzələ paytaxt Kabil də daxil olmaqla əhalinin sıx yaşadığı şəhərlərdə güclü hiss olunub.

Məlumata görə, 255 nəfər həlak olub, daha 150 nəfər isə xəsarət alıb.

Bildirilib ki, zəlzələnin episentri Əfqanıstanın şərqindəki Xost vilayətindən 46 kilometr cənub-qərbdə, Pakistanla sərhəddə yerləşib. Zəlzələ Pakistanın sərhədə yaxın İslamabad və Pişəvər şəhərlərində də hiss olunub.

ABŞ Geoloji Xidməti (USGS) Əfqanıstanda baş verən zəlzələnin maqnitudasını əvvəlcə 6,1, sonra isə 5,9 bal gücündə qiymətləndirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*