backend

Əfv Komissiyasının iclası keçirildi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiyada bu gün 100-dən artıq müraciətə baxılıb.

Növbəti iclas aprelin 29-a təyin edilib.

***

15:11

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilir.

KONKRET.az-ın məlumatına görə, iclasda komissiyaya daxil olan müraciətlərə baxılır.

Qeyd edək ki, 28 May – Müstəqillik Günü münasibətilə, bayram ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

***

13:14

Bu gün Prezident yanında Əfv Komissisiyasının ilk iclası başlayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, iclasda sonuncu əfv fərmanından sonra daxil olan ərizələrin müzakirəsi aparılacaq. İclasların yaxın günlərdə müntəzəm keçirilməsi nəzərdə tutulub.

Komissiya işini yekunlaşdıraraq siyahını dövlət başçısına təqdim edəcək. Əfv Sərəncamının 28 May ərəfəsində imzalanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb./Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*