Əgər haqqında məhkəmə hökmü olan şəxs vəfat etsə, nə baş verir? – İLGİNC MƏQAMLARbackend

Əgər haqqında məhkəmə hökmü olan şəxs vəfat etsə, nə baş verir? - İLGİNC MƏQAMLAR

Şəxs barəsində çıxarılmış məhkəmə hökmü qüvvəyə mindikdən sonra onun vəfat etməsi bir sıra hüquqi suallar doğurur. Belə hallarda hökmün hüquqi qüvvəsi saxlanılırmı, yoxsa ləğv edilir? Eyni zamanda, mərhumun vurduğu zərərin ödənilməsi məsələsi necə tənzimlənir, bu məsuliyyət onun varislərinə keçir, yoxsa itirilmiş hesab olunur?

Mövzuya aydınlıq gətirmək üçün KONKRET.az-a danışan vəkil Ramil Süleymanov bildirib ki, şəxs barəsində hökm çıxarılıb və qanuni qüvvəyə mindikdən sonra o, vəfat edibsə, cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi artıq həmin adamın varisləri tərəfindən təmin olunmalıdır:

Adnan Əhmədzadəni neçə il həbs cəzası gözləyir? | KONKRET

“Əgər şəxs vəfat etdikdən sonra onun əmlakı varsa və bu əmlak cinayət yolu ilə əldə olunmayıbsa, vurulmuş zərər mülki iddiaçılar tərəfindən iddia ərizəsi verilməklə həmin şəxsin hüquqi varislərindən tələb oluna bilər. Bu, həm məhkəmənin hökmündə öz əksini tapır, həm də zərərçəkmişlər tərəfindən ayrıca mülki qaydada iddia qaldırılır.”

Vəkilin sözlərinə görə, bu cür hallarda məsuliyyət yalnız mirasın dəyəri həddində tətbiq olunur. Yəni varislər yalnız mərhumun onlara keçən əmlakı çərçivəsində zərərin ödənilməsinə məsuliyyət daşıyırlar.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*