Əhali Bakıdan KÖÇÜRÜLƏCƏK? – 200-300 km uzağa…backend

Əhali Bakıdan KÖÇÜRÜLƏCƏK? - 200-300 km uzağa...

Böyük şəhərlərdən, xüsusilə Bakıdan kəndlərə kütləvi qayıdış ehtimalı yenidən gündəmə gəlib. Bildirilir ki, bahalaşma, nəqliyyat sıxlığı, psixoloji gərginlik kimi amillərlə yanaşı, artıq yağışlar nəticəsində yaranan subasma da şəhər həyatını getdikcə çətinləşdirir.

Bəs hazırda insanların eyni intensivliklə yenidən kəndlərə qayıtması mümkündürmü?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, zaman-zaman inkişaf tendensiyalarına uyğun olaraq əhalinin ölkədaxili miqrasiyası daim baş verib:

“Bu, dünya təcrübəsində normal proses hesab olunur. Türkiyə, İran və digər qonşu ölkələrdə olduğu kimi insanlar əsasən iş imkanlarının daha geniş olduğu böyük şəhərlərə üz tuturlar. Bunun əsas səbəbi sənaye və xidmət sektorlarının inkişafı, eləcə də sosial infrastrukturun paytaxt və iri şəhərlərdə daha yaxşı qurulmasıdır. Nəticədə kəndlərdən şəhərlərə kütləvi köç müşahidə olunur. Eyni tendensiya Rusiya, Ukrayna və Belarus kimi ölkələrdə də qeydə alınıb. Lakin şəhərə köçüb orada adaptasiya olan insanların yenidən kəndlərə qayıtması demək olar ki, kütləvi xarakter almır. Dünya təcrübəsində bu proses çox zəif müşahidə olunur. Məsələn, İstanbul kimi milyonlarla əhalisi olan şəhərdə yaşayanların böyük hissəsi müxtəlif bölgələrdən köçənlərdir və dönüş halları çox nadirdir. Azərbaycan üçün də vəziyyət oxşardır. Ölkə kiçik olsa da, regionlardan paytaxta axın davam edir”.

Ekspert bildirib ki, əks miqrasiyanın baş verməsi üçün regionlarda kiçik və orta sahibkarlığın inkişafına ciddi investisiyalar qoyulmalıdır:

“Dövlət maliyyə resurslarına və xüsusilə aşağı faizli kreditlərə əlçatanlığı təmin etməlidir. İnsanlar yalnız iqtisadi imkanlar olduqda kəndlərdə fəaliyyət qurmağa maraq göstərirlər. Hazırda Azərbaycanın kənd və qəsəbələrində bu imkanlar tam formalaşmadığı üçün kütləvi dönüş gözlənilmir. İnsanlar əsasən harada iş və gəlir varsa, orada yaşamağa üstünlük verirlər. Lakin səhiyyə, təhsil və sosial təminat sahələrində imkanlar genişləndirilərsə, müəyyən sahələr üzrə qayıdış mümkündür.

Qarabağın bərpası prosesi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ağdam, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Ağdərə kimi ərazilərdə yenidən qurulan şəhər və qəsəbələr gələcəkdə məskunlaşma üçün imkanlar yaradır. Amma prosesin uğurlu olması üçün əsas şərt yenə də iş yerlərinin yaradılması və dayanıqlı sosial təminatın təmin edilməsidir. Ümumilikdə, əhalinin geri dönüşünü müəyyən edən əsas amillər iş imkanları, sosial təminat və keyfiyyətli təhsil mühitidir. Bu şərtlər formalaşarsa, Bakıdan 200-300 km uzaqda yerləşən rayon və kəndlərə köçmək insanlar üçün çətin deyil. Əks halda, miqrasiya axınının istiqaməti dəyişməyəcək”.

  • asad
    Aprel 13, 2026 - 20:41

    Söhbət Bakının boşaldılmasına gedir,bu elə belə məsələ deyil.Siz bilirsiniz ki,vaxtı ilə kənddə yaşayan vəhdda keçmişdə yaşadıqi ərazidən dövlət tərəfindən ailəsinə torpaq sahəsi olanlar da şəhərə köçərək həm torpaqla şahidlər,yeni əraziyə ayrılan subsidiyaları alırlar.ərzi bəcərilsədə bəceriməsəde subsidiya verilir.Respublikada elə vəziyyət baş alıb gedir ki,bisahilik göz qabaqındadır.Mən hesab edirəm ki,bu NK ilə heçə etmək olmaz.NK bütün ştatı ilə istifayəyə göndərilir və yeni cavan NK təşkil olandan sonra Bakının boşalma konsepsiyası ortaya gətirilir.NK faliəti Respublika səviyyəsində geniş yoxlamadan keçməlidir.

  • Komutan
    Aprel 14, 2026 - 15:10

    Rayon camaatının kəndlərə və rayonlara köçməsi üçün yaşamaq üçün iş yerləri açılmalıdır. 450 manata süpürgəçi yox eyyy… hər kəsin ixtisasına uyğun işlər olmalıdır. Camaat bakıya dolanışacaq üçün axışır, su bakını bassada məcbur qalıb gütməyəcəklər, çünki ailəni dolandırmaq lazımdır. Rayonların əksəriyyətində heyvan saxlamaq üçündə şərait yoxdur. Yeganə yol iş yerləri, zavodlar, fabriklər rayonlara köçməlidir.

asad üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*